Verilişi yarımçıq dayandırılan Zaurdan açıqlama - Video

verilisi-yarimciq-dayandirilan-zaurdan-aciqlama
Oxunma sayı: 6468

Ötən gün Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Bizimləsən” verilişi yarımçıq saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, proqramın yayımının dayandırılmasına səbəb aparıcının səhhətində problem yaranması olub. 

Zaur Baxşəliyev bu gün sosial şəbəkə hesabında video paylaşaraq verilişinin tez bitməsi ilə bağlı açıqlama verib. O bildirib ki, buna səbəb onun təzyiqinin qalxmasıdır: “Dünən mənə görə narahat olan, dualar edən hər kəsə sonsuz təşəkkür edirəm. Şükür Allaha, yaxşıyam. Hər şey qaydasındadır. Təzyiqim yüksəldiyi üçün verilişin son saatını sizinlə bərabər ola bilmədim.

Bu gün yaxşıyam, şükür. Hər kəsə sonsuz təşəkkür edirəm. Sağlamlığınızın qeydinə qalın”.