Vətən müharibəsi qazisi vəfat etdi - Foto

veten-muharibesi-qazisi-vefat-etdi
Oxunma sayı: 2123

44 günlük Vətən müharibəsinin iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib.

Bildirilib ki, o bu gün qəsəbə qəbiristanlığında dəfn olunacaq.

V.Əliyevin ölüm səbəbi açıqlanmayıb.