Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.
"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.
***
Müğənni Aytac Bərdəli "Qafqazinfo"ya açıqlamasında deyib ki, T. Vəliyev onun doğma qardaşı deyil:
“Həbs olunan Tuncay adlı şəxs mənim doğma qardaşım deyil. Bizim onlarla və ailəsi ilə salam-sağ olumuz belə yoxdur. Nə xoş, nə də şər məclislərdə qarşılaşmırıq. Öz doğma qardaşım heç siqaret, qəlyan çəkmir. O ki, qaldı pis vərdişlərin aludəçisi ola! Bütün mediadan xahiş edirəm ki, xəbər yazarkən diqqətli olsunlar. Reytinq xətrinə belə addım atmasınlar. Qız övladı böyüdürəm, gözəl ailəm var. Bunları nəzələ alsınlar”.

Son xəbərlər
Son Xəbərlər