Vilyam Hacıyevin ciyərlərində pnevmoniya aşkarlandı

vilyam-haciyevin-ciyerlerinde-pnevmoniya-askarlandi
Oxunma sayı: 2166

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, Vilyam Hacıyevin səhhəti məhkəməyə çıxmaq üçün uyğun deyil.

Bakı İstintaq Təcridxanasından Məhkəməyə daxil olan bildirişdə göstərilib ki, Vilyam Hacıyevin 37.4 dərəcə hərarəti olub. Onun ağciyərlərində pnevmoniya əlamətləri müşahidə olunur.

Proses oktyabrın 8-ə təxirə salınıb.

Amin Nəzərli