Vilyam Hacıyevin işdən çıxarılan oğlundan - Açıqlama

vilyam-haciyevin-isden-cixarilan-oglundan
Oxunma sayı: 13078

Bu gün işdən çıxarılan Məhəmməd Hacıyev vəzifədən azad olunması ilə bağlı açıqlama verib.

M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutduğum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.

Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi.