Vinnitsada matəm elan olundu - Foto+Yenilənib

vinnitsada-matem-elan-olundu
Oxunma sayı: 9959

Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, raketlər ofis binasına düşsə də, yaşayış evlərinə də zərər dəyib.

Hadisə nəticəsində 12 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb. 

Bununla yanaşı, 25 avtomobilin yandığı da bildirilir.

***

Zərbə nəticəsində ölənlərin sayı 20-ə, yaralıların sayı isə 90-a çatıb.

***

Ukraynanın Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.

“Qafqazinfo” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Vinnitsa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.