Vurulan piyada 3 gün sonra öldü

vurulan-piyada-3-gun-sonra-oldu
Oxunma sayı: 1220

Fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov vurulub.

“Qafqazinfo” xəbər verir ki, xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılıb.