Xaçmaz stansiyasında yük qatarının qarşısına qəfil çıxan şəxs öldü - Yenilənib

xacmaz-stansiyasinda-yuk-qatarinin-qarsisina-qefil-cixan-sexs-oldu
Oxunma sayı: 998

Bu gün saat 05:05 radələrində Xaçmaz stansiyasında hərəkət edən yük qatarının qarşısına qəfil insan çıxıb.

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə həmin şəxs həyatını itirib. 

“ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Nəzərə almaq lazımdır ki, diqqətsizlik, tələskənlik, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur”, - məlumatda deyilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 07:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xaçmaz rayonu, Pavlovka kəndi ərazisindən çağırış qeydə alınıb: Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Mədinə Useynova