Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində olub.
Belə ki, “Mercedes” və “KİA” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər