Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı

xadimeni-aldadib-3-min-almisdi
Oxunma sayı: 817

Gədəbəydə qadına qarşı dələduzluq etmiş vəzifəli şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, iş üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Gədəbəy rayonu üzrə vəzifəli əməkdaşı Məmməd Məlikov (ad və soyadlar şərtidir) təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlum olub ki, Məmmədin uzaq qohumu Narıngül iş üçün ona müraciət edib. Məmməd onu 3000 manat qarşılığında çalışdığı yerdə xadimə işinə düzəldə biləcəyinə söz verib. O, qadından pulu aldıqdan sonra özü üçün xərcləyib və verdiyi vədə əməl etməyib.

Dələduzluqla üzləşdiyini görən Narıngül polisə müraciət edib və vəzifəli şəxs barəsində cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə açılmış işin materialları Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə tərəflər barışdıqlarını bildiriblər. Şikayətçi qadın 3000 manatını artıq geri qaldığını deyib. Məmməd Məlikov əlavə olaraq həmin məbləğin 25 faizini, yəni 750 manatı da qanunvericiliyə uyğun olaraq büdcəyə ödəyib.

Məhkəmə işin hallarını nəzərə alaraq Məmmədin 178.2.3-cü maddə ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

Aslan Vəliyev