Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

xalq-artisti-eve-buraxilib
Oxunma sayı: 1473

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.