Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin qalibi olub.
“Qafqazinfo” xəbər verir ki, turnirdə 4 qarşılaşmada qalib gələn Nəsibov həlledici görüşdə almaniyalı Losseni Koneni üstələyib.
Bununla da, Zaqreb Qran-Prisini 2-ci dəfə qalib kimi başa vurub. Kənan Nəsibov ilk dəfə 2025-ci ildə Zaqreb Qran-Prisinin qalibi olub.
Eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri isə yarımfinalda aldığı zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb və turniri beşinci yerdə tamamlayıb.
Qeyd edək ki, o ötən ay U-23 dünya çempionatında qızıl medal qazanmışdı.
Son xəbərlər
Son Xəbərlər