Qarabağda yaşayan erməni cütlük Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin müşayiəti ilə Xankəndidən Ermənistana aparılıb.
“Qafqazinfo” “1lurer” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı BQXK-nın Ermənistandakı kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni açıqlayıb.
Məlumata görə, evli olan Sarkis Qalstyan və Marqarita Şahnazaryan cütlüyü öz istəkləri əsasında Ermənistana getmək istəyiblər və proses martın 29-u baş tutub.
Xəbəri rus dilində oxuyun: Вынесен приговор убившему свою жену-певицу
Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Qor Abramyanın sözlərinə görə, Sarkis Qalstyan Ermənistanda həbs edilib. O, casusluqda ittiham edilir.