Xarkovda Mədəniyyət evi bombalandı - Yaralılar var

xarkovda-medeniyyet-evi-bombalandi
Oxunma sayı: 1222

Rusiya hərbçiləri Xarkov vilayətinin Lozova şəhərinin mərkəzinə raket zərbəsi endiriblər.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb. 

Raket şəhərin mərkəzində yerləşən mədəniyyət evinə düşüb. 

Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülüb və dağıntılar təmizlənir.