Xəstəxanada bacarmadılar, FHN köməyə gəldi - Video

xestexanada-bacarmadilar-fhn-komeye-geldi
Oxunma sayı: 1122

Üzüyünün barmağını sıxması nəticəsində əziyyət çəkən Bakı şəhər sakini B.Əliyev Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmək məcburiyyətində qalıb. 

“Qafqazinfo” xəbər verir ki, xəstəxanada üzüyün barmaqdan çıxarılması mümkün olmayıb və buna görə də Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub. 

FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal xəstəxanaya gəlib və təhlükəsizlik qaydalarına riayət etməklə, xəstəxananın həkimlərinin nəzarəti altında xüsusi vasitələrlə üzüyü kəsərək zərərçəkmişin barmağından çıxarıblar.