XİN Nepal–Çin sərhəd bölgəsindəki faciə ilə bağlı başsağlığı verdi

xin-nepalcin-serhed-bolgesindeki-facie-ile-bagli-bassagligi-verdi
Oxunma sayı: 469

Azərbaycan Xarici İşlər Nazirliyi Nepal–Çin sərhəd bölgəsində baş verən dağıdıcı daşqın və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

“Nepal-Çin sərhəd bölgəsində insan tələfatına və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.

Bu faciəvi təbii fəlakət nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalmasını arzulayırıq.

Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşmüş şəxslərin sağ-salamat tapılması ilə nəticələnəcək”, - məlumatda deyilir.