Xocalıdakı insan qalıqlarından daha birinin kimliyi bilindi

xocalidaki-insan-qaliqlarindan-daha-birinin-kimliyi-bilindi
Oxunma sayı: 1868

“Xocalıda kütləvi məzarlıqlarda aşkar edilmiş insan qalıqlarından daha birinin şəxsiyyəti müəyyən edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu eyni məsələ ilə bağlı keçirilən brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

Şöbə rəisinin sözlərinə görə, qalıqlar Nəcəfov Şiraslan Məmiş oğluna məxsusdur. Müayinə zamanı qalıqları tapılan şəxslərin hər birinin 25 il əvvəl basdırıldıqları müəyyən edilib.

Sail Ağasəlim