Xocavənddə partlayış, yaralı var

xocavendde-partlayis-yarali-var
Oxunma sayı: 4371

Fevralın 10-u saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində partlayış olub.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.