Xocəsəndə quru otluq sahədə yanğın - Video - Yenilənib

xocesende-quru-otluq-sahede-yangin
Oxunma sayı: 1501

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

Yanğınsöndürənlər tərəfindən açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.