Mayın 3-də Xətai rayonunda özünü binanın 7-ci mərtəbəsindən atan 17 yaşlı Xumar Babayevanın intiharı ilə bağlı daha bir maraqlı fakt üzə çıxıb.
“Qafqazinfo”nun məlumatına görə, Xumarı intihardan öncə onunla eyvanda rastlaşan kommunal xidmətin təmizlikçisi fikrindən daşındırmağa çalışıb və buna ilk olaraq nail olub.
Buna baxmayaraq, bir müddət sonra Xumar yenə eyvana gələrək özünü binadan atıb.
Xəbəri rus dilində oxuyun: Сотрудница коммунальной службы хотела спасти Хумар... - Фото
Баку в этом месяце примет Кубок мира
Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb.
Xəstəxanaya yerləşdirilən Z.Niyazovun vəziyyəti stabildir.
Qeyd edək ki, Xumar Babayeva 245 nömrəli tam orta məktəbin şagirdi olub.