İyunun 20-si saat 22:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Belə ki, Naftalan, Şəki, Balakən, Oğuz, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Saat 20:10 radələrində Qazax rayonuna diametri 10-12 mm, saat 20:20 radələrində isə Ağstafa rayonu ərazisinə diametri 25-28 mm olan dolu düşüb.
Son xəbərlər
Son Xəbərlər