“Yaman sərxoş idim o gün...”

yaman-serxos-idim-o-gun
Oxunma sayı: 1787


O gün

Bir insan öldürmədi başqasını,

Kəsildi müharibələrin səsi,

Bir qadına dəymədi əclaf əli.

Yaman sərxoş idim o gün...


O gün

Yaşmı da, azarımı da unudub,

Sarıldın 22 illik bədəninlə mənə,

Aldın başımı qollarının arasına,

Gözlərini yumub, azacıq araladın dodaqlarını.

Yaman sərxoş idim o gün...