Yanğın zamanı anasından halallıq istəyibmiş... - Foto

yangin-zamani-anasindan-halalliq-isteyibmis
Oxunma sayı: 7794

Türkiyənin Bolu vilayətində dağ-xizək kurortunda yerləşən hoteldə yanğın zamanı həlak olanlardan biri də “Türk Hava Yolları”nın (THY) əməkdaşı Zehra Sena Gültekin olub.

“Qafqazinfo” “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Zehra həyat yoldaşı, 3 uşağı və 9 ailə üzvü ilə birlikdə Kartalkayaya tətil üçün səfər edib.

Lakin bədbəxt hadisə nəticəsində özü, əri, 3 uşağı və yaxınları həyatını itirib.

Onun hadisə zamanı anasına zəng edərək ondan halallıq istədiyi məlum olub.

Bildirilir ki, Gültekin ailəsi uyğur türkü olan qızı övladlığa götürübmüş.

Xatırladaq ki, dəhşətli yanğında ölənlərin sayı 76 nəfərə çatıb.