Yanğınlar olub

yanginlar-olub
Oxunma sayı: 647

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Qəzili kəndində vətəndaşa məxsus ümumi sahəsi 234 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin tavan hissəsi 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Balakən rayonu, Kortala kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 9 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 2 otaqlı evin hamamında bacanın ətrafı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qəbələ rayonu, Zirik kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə və içərisinə yığılmış 4,5 ton ot bağlamasının 1,5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 04:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.