Bəzi şərhçilər isə bunun bir ideoloji qruplaşma olduğu fikrini irəli sürərək, Azərbaycanın milli maraqları baxımından təhlükə vəd etdiyi fikrini irəli sürürlər. “Qafqazinfo” bununla bağlı Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şura üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədovun fikirlərini öyrənib.
R. Məmmədov mövzu ilə bağlı suala cavabında deyib ki, Azərbaycanda bütün cəmiyyəti, o cümlədən gəncləri öz ətrafında birləşdirən bir ideologiya var-Azərbaycançılıq. “Heydər Əliyevin müəllifi olduğu bu ideologiya Azərbaycanda milli həmrəyliyin yaradılması, dövlət və cəmiyyətin maraqlarının ümumi bir nöqtədə birlşdirilməsi, ölkənin yeganə və ən düzgün inkişaf yolunun müəyyən ediləməsi baxımndan alternativsizdir. Həm Azərbaycanın yaxın tarixi, həm də dünyada və regionda son illər ərzində baş vermiş proseslər, eyni zamanda bu gün dünyada baş verən bir çox hadisələr bunu dəfələrlə sübut edib. Mənim fikrimcə, bu inkar edilməsi mümkün olmayan bir həqiqətdir ki, Azərbaycanın seçdiyi siyasi-ideoloji xəttin alternativi yoxdur. Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf xəttinə sadiq olan Azərbaycan gəncləri Azərbaycanın milli və dövlətçilik maraqları əleyhinə yönəlmiş təşəbbüslərə laqeyd qalmayacaq və bütün gücü ilə belə təşəbbüslərə qarşı mübarizə aparacaq”.
Son xəbərlər
Son Xəbərlər