Saxlanıldığı deyilən Məhəmməd Balaqadaşovdan - Açıqlama

saxlanildigi-deyilen-mehemmed-balaqadasovdan
Oxunma sayı: 2205

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov saxlanılıb.

“Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər veirr ki, Məhəmməd Balaqdaşov bir sıra cinayətlərdə ittiham olunur.

Saxlanılmasından bir gün sonra isə YAP Balaqadaşovu Xaçmaz Rayon Təşkilatının sədri vəzifəsindən uzaqlaşdırıb. 

Məhəmməd Balaqadaşovun saxlanma səbəbi isə onun bir sıra korrupsiya cinayətlərində təqsirli bilinməsidir.

Sabiq YAP sədrinin PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrinin olması üzə çıxıb.

***

YAP-ın Xaçmaz Təşkilatının eks sədri Məhəmməd Balaqadaşov Gununsesi.info-ya açıqlamasında saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

“Saxlanılmağım barədə məlumat doğru deyil. Bu xəbəri kimsə məqsədli ötürüb. Mən YAP-ın rayon təşkilatının sədri idim. Artıq bu vəzifədən də getdim. İndi evimdə oturmuşam”.

O, barəsində hər hansı istintaq hərəkətlərinin aparılıb-aparılmaması barədə suala isə belə cavab verib:

“Mən bu dəqiqə sizlə danışıram. İnanmırsınızsa, gəlin Xaçmaza”.