Dənizdə batan 28 yaşlı şəxsin meyiti tapıldı

denizde-batan-28-yasli-sexsin-meyiti-tapildi
Oxunma sayı: 918

Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 1998-ci il təvəllüdlü Mustafayev Adıgözəl Ehtibar oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.