Bakıda 20 yaşlı oğlan qəfil öldü

bakida-20-yasli-oglan-qefil-oldu
Oxunma sayı: 1280

Bakıda gənc oğlan yaşadığı evdə qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.

Saat 21 radələrində qəsəbə sakini 2006-cı il təvəllüdlü Nuran Qədirli səhhətinin kəskin pisləşməsi səbəbindən həyatını itirib.

Onun şəkərli diabetdən əziyyət çəkdiyi bildirilib.

Araşdırma aparılır.