“Messinin getməyini istəmirdilər, ədalət yox idi”

messinin-getmeyini-istemirdiler-edalet-yox-idi
Oxunma sayı: 1151

DÇ-nin 1/8 final mərhələsində 3:2 hesabı ilə Argentinaya uduzaraq mübarizəni dayandıran Misir millisinin baş məşqçisi Hossam Hassan hakim heyətindən narazılıq edib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra verdiyi açıqlamada qarşılaşmada ədalətli idarəçiliyin olmadığını bildirib:

“Düşünürəm ki, bu gün meydanda ədalət yox idi. Bir şey deyim, çempionat artıq açıq bazara çevrilib.

Elə hiss yaranırdı ki, sanki kimsə Leonel Messinin turnirdən getməyini istəmir. Futbolda isə qaydalar hər iki komanda üçün eyni şəkildə tətbiq olunmalıdır”.

Qeyd edək ki, Misir matçda 2:0 hesabı ilə irəlidə olsa da, Argentina son dəqiqələrdə vurduğu üç qolla möhtəşəm geridönüş edərək 3:2 hesablı qələbə qazanaraq və 1/4 finala yüksəldi.