Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü S.Sadıqovanın yaşadığı evdə cansız bədəni aşkarlanıb.
Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər