Liderlərin ailə fotosu çəkilərkən Trampı görməzdən gəldi

liderlerin-aile-fotosu-cekilerken-trampi-gormezden-geldi
Oxunma sayı: 1051

NATO-nun Ankarada keçirilən 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşü ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Corcia Meloni arasındakı gərginliyi bir daha gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, sammitin ənənəvi ailə fotosunun çəkilişi bu gərginliyi daha əyani nümayiş etdirib.

Belə ki, ailə fotosunun çəkilməsindən əvvəl lentə alınan kadrlarda Trampın protokol zonasına gələrkən Meloninin üzünü çevirdiyi görünür. Tramp isə öz növbəsində hərəkətini davam etdirərək orada yerini tutub.

İtaliyanın “Corriere della Sera” qəzeti isə maraqlı bir iddia ilə çıxış edib. İddiaya görə, Meloni Trampla mümkün münaqişədən yayınmaq üçün sammitə ev sahibliyi edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xahişlə müraciət edərək, ailə fotosunda ABŞ lideri ilə yanbayan dayanmaq istəmədiyini bildirib. Beləliklə, fotoda Tramp və Meloni bir-birindən aralı yer alıblar.

Qeyd edək ki, iki lider arasında diplomatik gərginliyə Trampın Meloni ilə bağlı səsləndirdiyi fikirlər səbəb olub. Belə ki, Ağ Ev rəhbəri Meloninin G7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün yalvardığını bildirib. Trampın açıqlamalarından qısa müddət sonra baş nazir sosial media hesabında videomüraciət yayımlayaraq iddiaları qəti şəkildə təkzib edib.