Yaponiyada güclü zəlzələdə 9 nəfər xəsarət alıb - Video

yaponiyada-guclu-zelzelede-9-nefer-xesaret-alib
Oxunma sayı: 1643

Yaponiyanın qərbində 6,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, zəlzələ nəticəsində 9 nəfər xəsarət alıb. Bildirilir ki, zəlzələ Şimane, Tottori, Okayami və Xirosima prefekturalarında daha güclü hiss olunub.