1 tondan çox at ətini keyfiyyətli mal əti kimi satışa çıxardılar - Video

1-tondan-cox-at-etini-keyfiyyetli-mal-eti-kimi-satisa-cixardilar
Oxunma sayı: 900

Yasamal rayonundakı ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə birgə məlumatında bildirilib.

Qeyd edilib ki, qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər - Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.

Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiqlənib.

Faktla bağlı araşdırmalar davam etdirilir.