Paytaxtın Yasamal rayonu ərazisində güclü yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Nəriman Nərimanov prospektinin yaxınlığında - “Sovetski” adlanan ərazidə açıq alovla müşayiət edilən yanğın müşahidə olunur.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Əlavə məlumat veriləcək.
***
FHN hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər