“Yaxşı ki, sənə aşiq olmuşam”

yaxsi-ki-sene-asiq-olmusam
Oxunma sayı: 3806

Türkiyəli aktrisa Beren Saat həyat yoldaşı, müğənni Kənan Doğulunu doğum günü münasibətilə təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, İnstaqram hesabında Kənanla fotosunu paylaşan Beren bunları yazıb:

“Nə çox uçduq, qonduq, dağıldıq, düzəldik, nəfəsimiz bitənədək güldük, hıçqıraraq ağladıq, ideal olduq, xain olduq, bu dəfə tamamdır dedikcə bir-birimizdən qopa bilmədik. Sevgili, oyun yoldaşı, həyat yoldaşı olduq. Çətin anlarda yoldaş, bir-birimizə ilham pərisi olduq. Münasibətimizdə hər şeyi yaşamışıq demişdik ki, musiqi ilə yan-yana olduq. Karantin günlərindən sənə yenidən aşiq olaraq çıxıram. Hər mahnıma qatdığın fikir, səsləndirdiyin hər not harmoniyamızı sonsuzluğa aparır. Təki bacara bilmədiyimiz evlilik olsun. Yaxşı ki, doğulmusan. Yaxşı ki, sənə aşiq olmuşam”.

Qeyd edək ki, mayın 31-də K.Doğulunun 46 yaşı tamam olub.