Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı başa çatdı - Fotolar

yelken-idmani-uzre-aciq-azerbaycan-cempionati-basa-catdi
Oxunma sayı: 186

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, federasiyanın yelkən mərkəzində, Şıxov çimərliyi ərazisində təşkil olunan çempionatda Azərbaycan və Türkiyədən olan idmançılar Optimist və ILCA4 siniflərində mübarizə aparıblar.

Üç gün davam edən yarış ərzində idmançılar küləyin istiqaməti və sürətinə uyğun müəyyənləşdirilən marşrut üzrə müxtəlif yürüşlərdə (reyslərdə) bacarıqlarını nümayiş etdiriblər. Yekun sıralama bütün yürüşlərin nəticələri əsasında hesablanan xallar nəzərə alınmaqla müəyyənləşdirilib.

Bağlanış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idmana göstərilən dövlət dəstəyindən danışıb. Nazir Azərbaycan yelkənçiləri ilə yanaşı, yarışda iştirak edən Türkiyə təmsilçilərini də salamlayıb, çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Fərid Qayıbov idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Çempionatın qalibləri diplom, medal və federasiya tərəfindən hədiyyələrlə mükafatlandırılıb. Yarışda iştirak edən bütün idmançılar sertifikatla təltif olunublar.

Həmçinin 2025-ci ilin Azərbaycan çempionları Kamal Bəşirli (Optimist) və Davud Babazadənin (ILCA4) adları yelkən idmanının ənənəvi şərəf lövhəsinə həkk olunub.

Mərasimin sonunda Azərbaycan Su İdman Növləri Federasiyasının təşkil etdiyi yelkən idmanı, avarçəkmə və kanoe üzrə Yay məktəbinin iştirakçılarına da sertifikatlar verilib.

Yarışın texniki nəticələri aşağıdakı kimidir:

AÇIQ AZƏRBAYCAN ÇEMPİONATI

OPTİMİST / U-12

1. Tunahan Piker – Türkiyə

2. Alya Bayraktar – Türkiyə

3. Kamilla Həsənova – Azərbaycan

OPTİMİST / QIZLAR

1. Janset Tuğan – Türkiyə

2. Səma Mansurzadə – Azərbaycan

3. Alya Bayraktar – Türkiyə

OPTİMİST / ÜMUMİ KATEQORİYA

1. Mert Durkal – Türkiyə

2. Rüzgar Uzel – Türkiyə

3. Kamal Bəşirli – Azərbaycan

AZƏRBAYCAN ÇEMPİONATI

OPTİMİST / U-12

1. Kamilla Həsənova – Azərbaycan

2. Leyli Məmmədli – Azərbaycan

3. Gülnisə İsmayılova – Azərbaycan

OPTİMİST / QIZLAR

1. Səma Mansurzadə – Azərbaycan

2. Yağmur Həsənli – Azərbaycan

3. Kamilla Həsənova – Azərbaycan

OPTİMİST / ÜMUMİ KATEQORİYA

1. Kamal Bəşirli – Azərbaycan

2. Nurlan Ağazadə – Azərbaycan

3. Amin Cəlilzadə – Azərbaycan

ILCA4

1. Nərgiz Məmmədova – Azərbaycan

2. Amira Bayramova – Azərbaycan

3. Davud Babazadə – Azərbaycan