Yenə şahzadənin əlindən tutdu, müzakirələrə səbəb oldu - Fotolar

yene-sahzadenin-elinden-tutdu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 1056

Böyük Britaniya şahzadəsi Uilyam həyat yoldaşı Keyt Middltonla uzun müddət sonra ilk dəfə birlikdə film təqdimatında iştirak ediblər.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, cütlük Londonda məşhur aktyor Tom Kruzun yeni “Digger” adlı filminin təqdimatına qatılıblar.

Uilyamla Keytin tədbirə gəlişi isə xüsusi diqqət çəkib. Belə ki, Keyt Middlton tədbir məkanına gələrkən  tanınmış aktyor Tom Kruz onun əlindən tutaraq pilləkənləri enməyə yardım edib. O, bununla 2022-ci ildə “Top Gun: Maverick” filminin təqdimatı zamanı etdiyi hərəkəti təkrar edib. O , həmin tədbirdə də protokolu pozaraq K.Middltonun əlindən tutmuşdu.

Belə ki, rəsmi olaraq qanunla qadağan edilməsə də Britaniya kral ailəsi üzvlərinə toxunmaqla bağlı xüsusi qaydalar mövcuddur. Daha dəqiq desək, kral ailəsi üzvlərinə adi bir formal əl sıxmadan artıq fiziki təmasda olmaq qəti şəkildə qeyri-etik hesab olunur. Burada təşəbbüs kral ailəsindən gəlməlidir. Əl sıxmaq istədikdə belə, əvvəlcə onların əl uzatmasını gözləmək tələb olunur.

64 yaşlı aktyorun növbəti dəfə Uels şahzadənin əlindən tutması isə bəziləri tərəfindən protokol qaydalarının pozulması kimi, bəziləri tərəfindən isə nəzakətli jest kimi qəbul edilib. Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri həyat yoldaşına kömək etmədiyinə görə şahzadə Uilyamı tənqid edib.