Britaniyalı aktyor Cek Barton yeni “Ceyms Bond” roluna əsas namizədə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.
Nəşr yazır ki, layihənin rejissoru Deni Vilnöv və kastinq direktoru Nina Qold yeni “Agent 007” roluna Böyük Britaniya üzrə çoxlu sayda tanınmayan aktyoru nəzərdən keçiriblər. Nəticədə Barton siyahıda ilk pilləyə yüksəlib.
Məlumata görə, “Amazon” ulduz aktyorların sınaq çəkilişlərinə başlamazdan əvvəl iddiaçılar siyahısına məhz Cek Barton rəhbərlik edir.
Xatırladaq ki, yeni “Ceyms Bond” filminin rejissoru Deni Vilnövssenari müəllifi isə Stiven Nayt olacaq. Baş qəhrəmanı kimin canlandıracağı təsdiqlənməsə də, namizədlər arasında Barton ön plandadır.
Son xəbərlər
Son Xəbərlər