Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətində (ASCO) daha bir kadr dəyişikliyi olub.
“Qafqazinfo” Unikal-a istinadən xəbər verir ki, bununla bağlı ASCO-nun sədri Əfqan Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Xəzər Dəniz Neft Donanmasının rəisi Qurbanov Taqət Allahqulu oğlu işdən azad edilib.
ASCO-dan bildirilib ki, Taqət Qurbanov Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq, təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
Hazırda bu vəzifəyə təyinat yoxdur.
Xatırladaq ki, Əfqan Cəlilov yanvar ayında ASCO-nun rəhbəri təyin edilib. Ötən ay sədr müavinləri Nəzrəddin Murad oğlu Əhmədzadə və Tariyel Taleh oğlu Mirzəyev də vəzifələrindən azad olunublar.
Son xəbərlər
Son Xəbərlər