“Yeraltı”da yeni aktrisa

yeraltida-yeni-aktrisa
Oxunma sayı: 576

“NOW” telekanalında yayımlanan və yeni mövsümü maraqla gözlənilən “Yeraltı” serialının heyətinə yeni aktrisa qatılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb.

Məlumata görə, yeni mövsümdə “Bozo”nun keçmiş sevgilisi və onun kiçik qızının hekayəsi tamaşaçılara təqdim ediləcək.

Bildirilib ki, “Bozo”nun qızı rolunu son olaraq “Şakir Paşa Ailəsi” serialında “Alyoşa” obrazı ilə tanınan gənc aktrisa Azra Aksu canlandıracaq.

Qeyd edək ki, bir neçə gün öncə yeni mövsümdə seriala bir qadın və üç kişi obrazının qoşulacağı bildirmişdi. Həmçinin gələn mövsüm üçün İsmayıl Hacıoğlu ilə danışıqlar davam edir.