Yevlaxda 40 yaşlı qadın qətlə yetirildi

yevlaxda-40-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 3378

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbaut Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.