Özü sağa dönəcək deyə az qala, faciəyə səbəb olacaqdı - Video

ozu-saga-donecek-deye-az-qala-facieye-sebeb-olacaqdi
Oxunma sayı: 733

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Sabunçu rayonu, Aeroport şosesində qeydə alınan yol-nəqliyyat hadisəsinin görüntüsünü yayıb.

“Qafqazinfo” xəbər verir ki, qurum sürücülərə müraciət edərək hərəkətin intensiv olduğu yolda sürəti azaldıb təhlükəli manevr edən və düzgün ara məsafəsi saxlamayan sürücülərin qəzaya səbəb olduğunu bildirib.

“Bu görüntülərə baxan hər bir sürücü bilməlidir ki, dönmə işığının yandırılması xəbərdarlıq üçündür, yollarda üstünlük qazandırmır. Təəssüflər olsun ki, bəzi sürücülər manevr, yerdəyişmə və ya dönmə zamanı dönmə işığını yandırmaqla digər hərəkət iştirakçıları qarşısında üstünlüyə malik olduqlarını düşünürlər. Bu cür düşüncə ilə hərəkəti davam etdirmək isə yollarda təhlükəli vəziyyətin, qəza şəraitinin yaranmasına səbəb olur.

Sürücülərə tövsiyə olunur ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salsınlar. Qanun tələb edir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir”, - müraciətdə vurğulanıb.