“Forbes” jurnalı rusiyalı milyarderlərin varlı varislərinin siyahısını dərc edib.
“Qafqazinfo” xəbər verir ki, reytinqə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov başçılıq edir.
Onun mirası 29,5 milyard dollar (təxminən 50,142 milyard AZN) təşkil edə bilər. 35 yaşlı Yusif Ələkbərovun öz sərvəti isə 560 milyon dollar (təxminən 952 milyon AZN) olaraq qiymətləndirilir.
“Lukoyl”un səhmlərinin 0,2%-i Vahid Ələkbərovun oğluna məxsusdur. Yusifin həmçinin “Ekto” adlı holdinqi var.
Siyahıda ikinci pilləni “Novatek” və “Sibur” şirkətlərinin əsas sahibi Leonid Mixelsonun iki övladı tutub. Onların hər birinin mirası isə 14,15 milyard dollar (təxminən 24 milyard AZN) təşkil edir.
Reytinqin üçüncü pilləsində “EuroChem” şirkətinin təsisçisi Andrey Melniçenkonun qızı və oğlu Tara və Adrian Melniçenko yer alıb. Onların hər birinin mirası 10,2 milyard (təxminən 17,3 milyard AZN) dollardır.
Qeyd edək ki, Yusif Ələkbərov ötən il də rusiyalı milyarderlərin varlı varislərinin siyahısına başçılıq edib.
Son xəbərlər
Son Xəbərlər