Yoluxan xəstələrdən 197-si reanimasiyadadır

yoluxan-xestelerden-197-si-reanimasiyadadir
Oxunma sayı: 1194

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda Covid-19-la bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 820 002 test aparılıb. Aktiv xəstə sayı 2 024 nəfərdir, onlardan 197 nəfər reanimasiyadadır, 37 nəfər isə süni tənəffüs aparatına qoşulub.