Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

yuk-masini-asdi-toyuqlar-yola-dagildi
Oxunma sayı: 916

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb.

“Qafqazinfo” xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Xeyli miqdarda qida və qeyri-qida məhsulu yola dağılıb.

“Şimal.news”un hadisə yerindən paylaşdığı görüntüləri təqdim edirik: