Yük maşınının altında qalaraq öldü

yuk-masininin-altinda-qalaraq-oldu
Oxunma sayı: 1152

Xızı rayonunda dəhşətli hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, fevralın 16-sı saat 13 radələrində Sitalcay kəndi ərazisində Ucar rayon sakini 1963-cü il təvəllüdlü Abuzər Durasan oğlu Həsənov yük maşınının altında qalıb.

Belə ki, 63 yaşlı şəxs “Howo” markalı avtomobildə təmir işləri apararkən maşın anidən onun üzərinə aşıb. A.Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.