Yük maşınlarının iştirakı ilə 2 qəza

yuk-masinlarinin-istiraki-ile-2-qeza
Oxunma sayı: 999

Sumqayıt şəhəri ərazisində iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı maşına çırpılıb. Nəticədə iki nəfər “İsuzu” markalı maşında sıxılı vəziyyətdə qalıb.

Bundan başqa, şəhərdə VAZ markalı minik avtomobili və “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində bir nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Sumqayıt Regional Mərkəzinin xilasediciləri hər üç şəxsi maşınlardan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.