Yuxusuz qalmamaq üçün bunları edin

yuxusuz-qalmamaq-ucun-bunlari-edin
Oxunma sayı: 6470

Bir çox insanlar müxtəlif səbəblərdən yuxusuzluqdan əziyyət çəkir.

Bəs, onun qarşısını almaq üçün nə kimi tədbirlər görmək lazımdır?

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yuxusuzluğa çarə olacaq bir sıra yollar var:

Özünüzü yatmağa məcbur etməyin

Yuxunuz gəlməmiş yatmayın, 15-20 dəqiqə ərzində yataqdan qalxın və yenidən yuxunuz gələndə yatın. Bunu lazım gələrsə, bütün gecə təkrarlayın.

Telefonla yatağa getməyin

Sosial mediadan uzaq qala bilməyənlər mobil telefonları ilə yatağa daxil olurlar. Onların izlədiyi məlumatlar isə həmin şəxslərin psixoloji vəziyyətinə təsir göstərə bilər. Lakin yatarkən beyniniz müxtəlif informasiyalarla dolu olmamalıdır.

Hərəkətsiz qalmayın

Elmi tədqiqatlar müntəzəm idmanın yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını ortaya qoyur. Odur ki, gün ərzində hərəkətsiz qalmayın, gəzin və idman edin.

Eyni vaxtda yatmağa və oyanmağa çalışın

Yuxu və oyanma vaxtı və hətta gündəlik yemək və məşq vaxtlarını tənzimləmək bioloji saatımızın daha yaxşı işləməsinə kömək edir.

Aç qarına yatmayın və ya həddindən artıq yemək yeməyin

Yatmazdan əvvəl ağır yeməklərdən uzaq durmaq lazımdır.

Yataq otağınızı nəzərdən keçirin

Keyfiyyətli yuxu üçün yatdığınız yerin sakit, sərin, qaranlıq və havalandırılmış olması çox vacibdir.