Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı

Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Oxunma sayı: 1731

Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi