Zaxarovadan görüşə getməyən səfirlər barədə açıqlama

zaxarovadan-goruse-getmeyen-sefirler-barede-aciqlama
Oxunma sayı: 2270

“Avropa İttifaqı (Aİ) ölkələrinin Moskvadakı səfirlərinin Rusiyanın XİN rəhbəri  Sergey Lavrovla görüşdən imtina etməsi onların Rusiyadakı fəaliyyəti barədə suallar doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova “Соловьев Live” telekanalının efirində deyib. 

Xatırladaq ki, S.Lavrov Moskvanın Aİ ölkələrinin Səfirliklərinin ölkədəki prezident seçkilərinə necə hazırlaşmaqlarına dair materiallar topladığını açıqlayıb. O bildirib ki, bu səfirliklər müdaxilə mexanizmləri yaradır.

Lavrov vurğulayıb ki, bunun ardınca avropalı səfirlər Rusiyanın XİN rəhbəri ilə görüşə dəvət olunub. Bu görüşdə onlara sözügedən fəaliyyətlə məşğul olmamaqlarına dair çağırış ediləcəkdi. Lakin görüşdən iki gün əvvəl səfirlər iclasa getməyəcəklərini bəyan ediblər.